Repository logo
English
Türkçe
Log In(current)
  1. Home
  2. Elmi-Tədqiqat Laboratoriyalar
  3. İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik
  4. İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik

İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik

Director
Dos. Vüqar Abdullayev
Parent Organisation
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Founding Date
February 14, 2024
Country
AZ
City
Baku
Description
İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik elmi-tədqiqat laboratoriyası 14 fevral 2024-cü il tarixində yaradılmışdır. Laboratoriya informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və rəqəmsal texnologiyalar sahəsində fundamental və tətbiqi elmi-tədqiqat işləri həyata keçirir. Laboratoriyanın əsas məqsədi kompüter sistemləri və şəbəkələrinin təhlükəsizliyinin təmin edilməsi, kibertəhdidlərin qarşısının alınması, müasir informasiya mühafizəsi texnologiyalarının inkişaf etdirilməsi və bu sahədə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına elmi dəstək verməkdir.
Fəaliyyət istiqamətləri
Laboratoriyanın əsas elmi fəaliyyət istiqamətləri aşağıdakılardır:
• kompüter sistemləri və şəbəkələrinin informasiya təhlükəsizliyinin təmin edilməsi;
• kibertəhdidlərin, zərərverici proqramların və kiberhücumların analizi, aşkarlanması və qarşısının alınması metodlarının işlənilməsi;
• kriptoqrafik metodların və məlumatların şifrələnməsi texnologiyalarının inkişaf etdirilməsi;
• süni intellekt və maşın öyrənməsi texnologiyalarının informasiya təhlükəsizliyi sahəsində tətbiqi;
• etibarlı autentifikasiya və identifikasiya sistemlərinin yaradılması və təkmilləşdirilməsi;
• kibercinayətkarlığın və rəqəmsal izlərin (digital forensics) tədqiqi;
• DDoS və digər kiberhücum növlərinə qarşı müdafiə mexanizmlərinin hazırlanması.
Əsas elmi-tədqiqat istiqamətləri
Laboratoriyada informasiya təhlükəsizliyi ixtisası üzrə aşağıdakı istiqamətlərdə elmi araşdırmalar aparılır:
• əməliyyat sistemlərinin və kompüter şəbəkələrinin təhlükəsizlik mexanizmlərinin təkmilləşdirilməsi;
• müxtəlif növ kiberhücumların modelləşdirilməsi, analizi və onlara qarşı müdafiə üsullarının işlənilməsi;
• məlumatların məxfiliyinin, bütövlüyünün və əlçatanlığının təmin edilməsinə yönəlmiş texnologiyaların tədqiqi;
• identifikasiya, autentifikasiya və girişə nəzarət sistemlərinin inkişaf etdirilməsi;
• praktiki laboratoriya mühitində real kibertəhdid ssenarilərinin modelləşdirilməsi və təhlükəsizlik həllərinin sınaqdan keçirilməsi.
Elmi əhəmiyyəti
Laboratoriyanın fəaliyyəti informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində nəzəri biliklərin inkişaf etdirilməsi, innovativ təhlükəsizlik texnologiyalarının hazırlanması və onların praktik tətbiqinə yönəlmişdir. Aparılan tədqiqatlar rəqəmsal infrastrukturların etibarlılığının artırılmasına, kritik informasiya sistemlərinin mühafizəsinə və müasir kibertəhlükələrə qarşı dayanıqlı müdafiə mexanizmlərinin yaradılmasına töhfə verir.
Bununla yanaşı, laboratoriya tələbə, magistrant və doktorantların elmi-tədqiqat fəaliyyətinə cəlb edilməsini, kibertəhlükəsizlik sahəsində peşəkar kadrların hazırlanmasını və universitetdə bu istiqamətdə elmi potensialın gücləndirilməsini prioritet vəzifələrdən biri hesab edir.
Elmi infrastruktur
Laboratoriyada kibertəhlükəsizlik sahəsində elmi və praktiki tədqiqatların aparılması üçün müasir proqram və texniki vasitələrdən istifadə olunur. Tədqiqatlar kompüter şəbəkələrinin təhlükəsizliyi, kriptoqrafiya, rəqəmsal ekspertiza (Digital Forensics), kiberhücumların analizi, təhlükəsizlik monitorinqi və süni intellekt əsaslı təhlükəsizlik həlləri istiqamətlərini əhatə edir.
Get Involved!
  • Source Code
  • Documentation
  • Slack Channel
Make it your own

DSpace-CRIS can be extensively configured to meet your needs. Decide which information need to be collected and available with fine-grained security. Start updating the theme to match your Institution's web identity.

Need professional help?

The original creators of DSpace-CRIS at 4Science can take your project to the next level, get in touch!

Built with DSpace-CRIS software - Extension maintained and optimized by 4Science

  • Accessibility settings
  • Privacy policy
  • End User Agreement
  • Send Feedback
Repository logo COAR Notify