AzMİU-nun Elmi Əsərlər Azərbaycan Memarlıq və İnşaat Universitetinin resenziyalı elmi jurnalıdır. Jurnalda memarlıq, şəhərsalma, inşaat mühəndisliyi və digər əlaqəli sahələr üzrə elmi məqalələr dərc olunur. Redaksiya heyəti 15 üzvdən ibarətdir, onlardan 6 nəfəri Almaniya, İtaliya, Türkiyə və Fransanı təmsil edən xarici alimlərdir. Jurnalın rəsmi veb-saytı mövcuddur, 2022-ci ildən Crossref üzvüdür və məqalələrə DOI təyin edilir. Nəşr EBSCO, Google Scholar, Academia.edu və FlipHTML5 platformalarında indekslənir.